...

Ceyms Vens 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından namizəd ola bilər

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 02:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib.

“İnanıram ki, vitse-prezident Vens namizəd olmaq qərarına gəlsə, respublikaçıların növbəti namizədi olacaq”, – Rubio əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rubionu prezident postunun mümkün varisi kimi göstərib.

Xəbər lenti

Xəbər lenti