...

Serbiya Prezidenti seçkilərinin eyni vaxtda keçirilməsini təklif edib

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 01:57 (UTC +04:00)
Serbiya Prezidenti seçkilərinin eyni vaxtda keçirilməsini təklif edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda səlahiyyət müddətinin vaxtından əvvəl başa çatması və prezident ilə parlament seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünü təklif edib.

Trend xəbər verir ki, bu barədə Vuçiç “Pink” televiziya kanalına açıqlama verib.

“Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqin ki, daha qısa olacaq”, – Prezident bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir: “Çox güman ki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtda keçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl baş verəcəyini gözləyirəm”.

Vuçiç konstitusiyaya düzəliş etmədən yeni namizədliyini irəli sürməyəcəyini də açıqlayıb: “Biz Konstitusiyaya dəyişiklik etmək istəmirik və mən yenidən prezidentliyə namizədliyimi irəli sürmək fikrində deyiləm”.

Qeyd edək ki, Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib, 2022-ci ildə isə ikinci müddətə prezident olub. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti