...

Everestdə qar fırtınasına düşən yüzlərlə şəxs xilas edilib

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 06:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Everestin şərq yamacına aparan Karma vadisində qar fırtınasına düşən yüzlərlə şəxsi xilas etmək mümkün olub.

Trend xəbər verir ki, bu barədə Guardian qəzeti məlumat yayıb.

Məlumata görə, təxminən 1000 nəfər dağın 4200 metr hündürlüyündə yerləşən düşərgələrdə qar fırtınası səbəbindən sıxışıb qalıb. Xilasedicilər və yerli sakinlər 350 turisti qardan çıxara biliblər.

Hazırda xilas edilən 350 turist yaxınlıqdakı Qudan şəhərinə çatdırılıb, daha bir neçə yüz nəfərin isə yolda olduğu bildirilir.

Everestin aşağı yamaclarında çətin şəraitdə qalan təxminən 200 nəfərlə də əlaqə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti