...

ABŞ yeni “Virciniya” sinfinə aid nüvə sualtı qayığının tikintisinə başlayır

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 08:31 (UTC +04:00)
ABŞ yeni “Virciniya” sinfinə aid nüvə sualtı qayığının tikintisinə başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “Virciniya” sinfinə aid yeni nüvə sualtı qayığının tikintisinə başlanılacağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Amerika lideri Virciniya ştatının Norfolk şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Donanmasının əsas bazasında çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, dekabr ayında “Virciniya” sinfinə aid yeni sualtı qayığın təməli qoyulacaq.

Pentaqonun mətbuat xidmətinin iyun ayında yaydığı məlumata əsasən, ABŞ hökuməti nüvə sualtı qayıqlarının inşası imkanlarını genişləndirmək və modernləşdirməni sürətləndirmək məqsədilə “Electric Boat” şirkətinə 987 milyon dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti