Bakı. Trend:
İnnovasiya lideri “Bakcell” Azərbaycandakı Amerika Ticarət
Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar və
süni intellekt” adlı konfransın əsas tərəfdaşı olub.
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və
xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas
məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və
innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl
qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.
“Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən
yerli təşəbbüskarlar” adlı panel müzakirəsində “Bakcell”in baş
icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda
telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə
həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də,
“Bakcell”in məhsul və xidmətlərində ən son texnoloji həllərin
tətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller “İnnovasiya və süni intellektin
Azərbaycanın rəqəmsal inkişafına təsiri” adlı dialoq formatında
interaktiv fikir mübadiləsində iştirak edib.
“İnnovasiya və süni intellekt “Bakcell”in strateji inkişafının
əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası
əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və
texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir”,- deyə o
vurğulayıb.
“Bakcell” innovasiyalar və süni intellektin tətbiqini strateji
prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın
innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.