Bakı. Trend:
Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,815 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 27,3 milyon manat və ya 1,5% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,1 milyon manat və ya 0,4% azdır.
Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım deməkdir.