Bakı.Trend:
Yevlaxda dörd otaqlı evdə yanğın hadisəsi baş verib.
Bu barədə Trend-ə Fövqəladə hallar nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin iki otağının tavanı 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə və hamam otağının lambirdən ibarət tavanı 6 m² sahədə yanıb.
"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".