...

Cari ildə neçə nəqliyyat vasitəsində yanğın baş verib ? - AÇIQLAMA

Cəmiyyət Materials 6 Oktyabr 2025 09:35 (UTC +04:00)
Cari ildə neçə nəqliyyat vasitəsində yanğın baş verib ? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin ötən dövrü ərzində respublika ərazisində 196 nəqliyyat vasitəsində yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar nəticəsində sözügedən yanğınların, əsasən texniki nasazlıq, birbaşa insan faktorunun təsiri və qəza hadisələri nəticəsində baş verməsi məlum olub.

Qeyd edək ki, ötən il həm şəxsi, həm də ictimai nəqliyyat vasitələrində ümumilikdə 247 yanğın hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti