...

Sidneydə silahlı insident baş verib

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 07:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz mənzilindən atəş açan yaşlı kişi saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Sky News Australia məlumat yayıb.

Hadisə nəticəsində ən azı 16 nəfərin yaralandığı, bir neçə avtomobilə — o cümlədən taksi və polis maşınına ziyan dəydiyi bildirilib.

Məlumata görə, kişi iri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş açıb. Polis tərəfindən saxlanılan şəxsin evindən bir neçə odlu silah götürülüb.

Hazırda o, polis nəzarəti altında xəstəxanadadır.

Xəbər lenti

Xəbər lenti