...

Salyanın üç kəndində qaz təchizatı dayandırılacaq

Cəmiyyət Materials 6 Oktyabr 2025 17:07 (UTC +04:00)
Salyanın üç kəndində qaz təchizatı dayandırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Salyanın üç kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend-ə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Salyan rayonu Təzəkənd kəndində yerləşən vətəndaşa məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyi seçilmiş diametri 159 mm-lik "Qarabağlı" orta təzyiqli daşıyıcı qaz kəmərinə qoşulması məqsədi ilə əlaqədar 07.10.2025-ci il saat 14:00-dan etibarən işlər başa çatanadək rayonunun Qarabağlı, Gomuşlu və Cavadlı kəndlərində (ümumi1734 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

"Təbii qazın verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi xahiş edirik",- qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti