...

Zakir Həsənov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 6 Oktyabr 2025 16:12 (UTC +04:00)
Zakir Həsənov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Okyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.

Cənab F.Auld isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrimizin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.

Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti