...

Şabranda bir nəfərin həyatını itirməsi ilə nəticələnən qəza baş verib

Gündəm Materials 6 Oktyabr 2025 17:01 (UTC +04:00)
Şabranda bir nəfərin həyatını itirməsi ilə nəticələnən qəza baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şabran rayonunun Şahnəzərli kəndində 1 nəfərin həyatını itirməsi ilə nəticələnən qəza baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb".

Qeyd edilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti