...

ING 2027-ci ilə qədər Azərbaycanda ticarət profisiti ilə bağlı proqnozlarını ictimailəşdirib

İqtisadiyyat Materials 6 Oktyabr 2025 14:18 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın “ING Group” maliyyə qrupu 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının profisitinin 2024-cü ildəki ümumi daxili məhsulun (ÜDM) 6,3 faizindən 2 faizə enəcəyini, 2026-cı ildə isə bu göstəricinin 3,3 faiz səviyyəsində defisitə çevrilə biləcəyini gözləyir.

Trend xəbər verir ki, oxşar tendensiya ticarət balansında da gözlənilir. Proqnozlara əsasən, onun göstəricisi 2024-cü ildəki ÜDM-in 11,9 faizindən 2025-ci ildə 6,3 faizə, 2026-cı ildə isə 1,2 faizə qədər azalacaq.

Eyni zamanda, ölkənin xarici borcunun nisbətən sabit qalacağı gözlənilir – 2024-cü ildə ÜDM-in 20,2 faizi olduğu halda, 2025-ci ildə bu göstərici 19,5 faiz, 2026-cı ildə isə 19,7 faiz təşkil edəcək.

Cari əməliyyatlar balansının profisiti azalmağa davam edir, çünki ticarət profisiti sıfıra yaxınlaşır. Bu isə neft qiymətlərinin enməsi və idxalın davamlı artımı ilə əlaqədardır. Azərbaycan Mərkəzi Bankı getdikcə daha çox valyuta bazarındakı axınlara diqqət yetirir və son açıqlamalarında xarici sabitliyin qorunmasının vacibliyini vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti