...

Qazaxıstan və "Wabtec" lokomotivlərin tədarükü üzrə şirkət tarixin ən iri müqaviləsini bağlayıb

İqtisadiyyat Materials 6 Oktyabr 2025 11:21 (UTC +04:00)
Qazaxıstan və "Wabtec" lokomotivlərin tədarükü üzrə şirkət tarixin ən iri müqaviləsini bağlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin dəmir yolu texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış “Wabtec” şirkəti və “Qazaxıstan Temir Jolu” (KTJ) arasında Qazaxıstanın dəmir yolu sənayesinin modernləşdirilməsinə yönəlmiş nəhəg büdcəli - 4,2 milyard dollar dəyərində müqavilə imzalanıb. Müqavilə “Evolution” seriyasından olan lokomotivlərin tədarükünü və uzunmüddətli servis xidmətini ehtiva edir.

Trend bu barədə “Wabtec” şirkətinə istinadla xəbər verir.

“Son iyirmi ildən artıq müddətdə KTJ ilə tərəfdaşlığımız Qazaxıstanın dəmir yolu sənayesinin transformasiyasında mühüm rol oynayıb. Bu tarixi müqavilə KTJ-nin milli dəmir yolu şəbəkəsini Avropa və Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirmək istiqamətindəki strateji baxışını əks etdirir. Müasir lokomotivlər və uzunmüddətli xidmət həlləri təqdim etməklə, “Wabtec” Qazaxıstanın tərəqqi yolundakı tərəfdaşı olmaqdan, regionun böyük potensialının üzə çıxarılmasına və ölkənin dəmir yolu mühəndisliyi sahəsində bacarıqlarının inkişafına töhfə verməkdən qürur duyur”, - “Wabtec” şirkətinin prezidenti və baş icraçı direktoru Rafael Santana bildirib.

Onun sözlərinə görə, Qazaxıstan “Wabtec” üçün regional bacarıq mərkəzidir və yeni müqavilə KTJ ilə əməkdaşlığı daha da möhkəmləndirərək şirkətin dəmir yolu texnologiyaları bazarında texnoloji və innovativ tərəfdaş kimi mövqeyini gücləndirəcək. Yeni nəsil lokomotivlər KTJ-nin parkını genişləndirmə və yeniləmə proqramını dəstəkləyəcək, onlar Qazaxıstanın sərt iqlim şəraitinə və dağlıq ərazilərinə uyğun şəkildə hazırlanıb.

O vurğulayıb ki, müqavilə həmçinin yeni lokomotivlərlə yanaşı, KTJ-nin mövcud dəmir yolu parkını dəstəkləməyə yönəlmiş texniki xidmət sazişlərini də əhatə edir. Bu xidmətlər hərəkət tərkibinin etibarlılığını və istifadəyə hazır vəziyyətini maksimum səviyyədə saxlamaqla optimal istismar xərclərini təmin edəcək şəkildə uyğunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti