...

İranda Xəzəryanı ölkələrin sahilyanı vilayət rəhbərlərinin iclası keçiriləcək

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 10:58 (UTC +04:00)
İranda Xəzəryanı ölkələrin sahilyanı vilayət rəhbərlərinin iclası keçiriləcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayının ortalarında İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı vilayət başçılarının iclası keçriləcək.

Trend-in məlumatına görə, bunu İranın Gilan vilayətinin valisi Hadi Haqşenas Xəzəryanı ölkələrin sahilyanı vilayət rəhbərlərinin iclasının keçirilməsi üzrə koordinasiya iclasında deyib.

Onun sözlərinə görə, bu iclas Xəzəryanı ölkələrin rəsmiləri arasında əldə olunan razılaşma çərçivəsində keçiriləcək. İclasda İran, Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan rəsmiləri iştirak edəcəklər.

Haqşenas əlavə edib ki, bu iclasın keçirilməsində məqsəd Xəzəryanı ölkələr arasında iqtisadiyyat, ticarət, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və regional birgə imkanlardan istifadənin olunmasıdır.

İranlı rəsmi deyib ki, İran əleyhinə sanksiyaların tətbiq olunduğu və hazırkı iqtisadi şəraiti nəzərə alaraq və İranın beynəlxalq məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda qonşu ölkələrlə regional əməkdaşlığın gücləndirilməsi ticarətin inkişafı və sanksiyaların təsirinin azaldılması üçün effektiv həll yolu ola bilər.

“Bu iclas Xəzəryanı ölkələr arasında çoxtərəfli əməkdaşlıqda yeni səhifə aça bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan 5 Xəzəryanı ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti