...

Latviyadan Azərbaycana pul köçürmələrinin həcmi artıb

İqtisadiyyat Materials 6 Oktyabr 2025 10:50 (UTC +04:00)
Latviyadan Azərbaycana pul köçürmələrinin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk yarısında Azərbaycandan olan fiziki şəxslərin Latviyaya həyata keçirdiyi pul köçürmələrinin həcmi 2,113 milyon dollar təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 856 min dollar və ya 68,1 faiz çoxdur.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan ölkə xaricinə həyata keçirilmiş pul köçürmələrinin ümumi həcmində Latviyanın payı 0,9 faiz təşkil edir.

Cari ilin ilk 6 ayı ərzində Latviyadan Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilmiş pul köçürmələrinin həcmi 3,110 milyon dollar təşkil edib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 579 min dollar və ya 22,9 faiz çoxdur.

Hesabat dövrü ərzində ölkə xaricindən Azərbaycana həyata keçirilmiş pul köçürmələrinin ümumi həcmində Latviyanın payı 0,6 faiz təşkil edib.

Ümumilikdə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən xarici ölkələrə həyata keçirilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 533,957 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin birinci yarısı ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti