Bakı.Trend:
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 334 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil verilib.
Bu barədə Trend-ə DSX-dən məlumat verilib.
Həmçinin qeyd edilib ki, ölkədən çıxışı qadağan edilmiş 645 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 59 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb
"Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 685 kiloqram 575 qram narkоtik vasitə, 5960 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 629 min 755 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb",-qurumdan əlavə edilib.