Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 837,8 min nəfər olub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 3,8 faiz çoxdur.
Eyni zamanda hesabat dövründə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı isə 7,7 faiz artaraq 56,9 min olub.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib.