Bakı. Trend:
İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb. Xilasedicilər dağıntı yerində onlarla insanın ölüsünü axtarır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, dini təmayüllü Əl-Xozini internat məktəbinin iki mərtələbi binası ötən həftə uçub.
Bədbəxt hadisə vaxtı binada tikinti işləri aparılıb. Müstəntiqlər qəza səbəbinin araşdırılmasını davam etdirsələr də, bəzi rəsmilər çökmüş binanın təməlinin qeyri-sabit olduğunu əsas gətirir.