Bakı. Trend:
Bu ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 12,456 milyard manat təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.
Vergi daxilolmaları proqnozdan 614,2 milyon manat və ya 5,2% çox icra edilib.
Xatırladaq ki, 2025-ci il üzrə Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir.