...

Rusiyada Xəzəryanı ölkələrin hərbi rəsmilərinin iclası keçiriləcək

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 10:34 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Ordusu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qoşunları komandanlarının iclasında iştirak etmək məqsədilə Rusiyaya səfər edib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Xəzəryanı ölkələrin hərbi dəniz qoşunlarının iclasında iştirakdan əlavə iranlı hərbi rəsmi Azərbaycan və Qazaxıstan hərbi dəniz qoşunlarının rəhbərləri ilə görüşərək danışıqlar aparacaq.

İranlı hərbçi Rusiyada müxtəlif hərbi bazalarla yaxından tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti