Bakı. Trend:
Özbəkistanın Futbol üzrə milli komandasının baş məşqçisi postuna əsas namizə olan keçmiş italiyalı ulduz futbolçu Fabio Kannavaro öz məşqi heyəti ilə birlikdə Daşkəndə gəlib.
Trend xəbər verir ki, bu barədə Özbəkistanın Futbol Assosasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Özbəkistan milli yığmasının baş məşqçisi postuna namizəd olan Fabio Kannavaro öz məşqçi heyəti ilə Daşkəndə gedib.
Bundan əvvəl assosasiya italiyalı mütəxəssislə danışıqların aparıldığını təsdiqləmişdi.
Qeyd edək ki, Kannavaro hal-hazırda 52 yaşındadır. Məşqçi karyerası ərzində “Udineze”, “Benevento”, “Əl-Nəsr” , bundan başqa Çinin “Quançjou” və “Tyantsin” klublarına başçılıq edib. Onun sonuncu iş yeri Zaqrebin “Dinamo” klubu olub.