Bakı.Trend:
Qubada saxlanılan şəxslərdən 8 kq narkotik vasitə aşkarlanıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, həmin şəxsdən 6 kiloqram marixuana 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.
"Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb".
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.