Bakı.Trend:
2025-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslərdən 4-ü Azərbaycan, 8-i İran, 3-ü Əlcəzair, 3-ü Əfqanıstan, 2-si Pakistan, 2-si İraq, 2-si Tacikistan, 1-i Rusiya, 1-i Mərakeş vətəndaşı olub.
Qeyd edilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 4 nəfər saxlanılıb.
"Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 578 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb",-qurumdan əlavə edilib.