...

Oslo aeroportu bu səbəbdən bağlanıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 12:21 (UTC +04:00)
Oslo aeroportu bu səbəbdən bağlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin paytaxtında Oslo beynəlxalq hava limanı yaxınlıqda naməlum pilotsuz uçuş aparatlarının (PUA) görülməsi ilə əlaqədar müvəqqəti olaraq bağlanıb və hava reyslərini qəbul etməyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə ötən gecə baş verib. “Norwegian Air” hava yolları şirkəti aeroporta 3dən 5-ə qədər sayda dronun yaxınlaşmaqda olduğu barədə polis orqanlarını xəbərdar edib.

Aeroportun hava məkanında dronların aşkarlanmamasından sonra Oslo aeroportu normal fəaliyyətini bərpa edib.

Xatırladaq ki, sentyabrın sonlarında Danimarkada bir sıra aeroportlar oxşar dron təhlükələri ilə əlaqədar dəfələrlə bağlanmışdı. Danimarkalı rəsmilər bunu Rusiyanın təxribatı kimi qiymətləndirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti