Bakı.Trend:
Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən yıxılan şəxsin ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
xxx
10:45
Bakıda usta çalışdığı zavodun dam örtüyündən yıxılaraq ölüb.
Trend-in məlumatına görə, hadisə oktyabrın 5-i saat 15 radələrində Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda baş verib.
Belə ki, İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
