...

Azərbaycanın basketbol millisi III MDB Oyunlarının finalına yüksəlib

İdman Materials 6 Oktyabr 2025 16:21 (UTC +04:00)
Azərbaycanın basketbol millisi III MDB Oyunlarının finalına yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.

Trend xəbər verir ki, qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 21:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin finaldakı rəqibi Rusiya - Belarus matçından sonra bəlli olacaq. Oyun saat 16:25-də start götürəcək.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti