Bakı.Trend:
7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Agentliyindən
məlumat verilib.
Bildirilib ki, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən
diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol
nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.