Bakı. Trend:
Carı ilin ilk 9 ayı ərzində 160 özəl tibb müəssisəsində plandankənar, 90 özəl tibb müəssisəsində isə planlı yoxlamalar həyatə keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 9 ay ərzində 112 müəssisə və ya fiziki şəxsə cərimə yazılıb:
"Ən çox nöqsan sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma kimi səbəblərlə bağlıdı".
"AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya
şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat
verə bilərlər:
•“Bir pəncərə” sektoru
•Qaynar xətt: (012) 596 07 12
•Elektron poçt: [email protected]
•Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə
araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar
yoxlamalar həyata keçirilir",- deyə məlumatda qeyd edilib.