...

Paytaxtda evlərdən soyğunçuluq edən şəxslər SAXLANILDI

Cəmiyyət Materials 6 Oktyabr 2025 16:47 (UTC +04:00)
Paytaxtda evlərdən soyğunçuluq edən şəxslər SAXLANILDI
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.

Həmçinin Binəqədi rayonunda evlərin birindən 800 manat və 7200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti