Bakı. Trend:
"Bavariya"nın futbolçusu Maykl Olise İngiltərə Premyer Liqasına qayıda bilər.
Trend xəbər verir ki, "Liverpul" fransalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızılar" Oliseni 2027-ci ildə klubla müqaviləsi başa çatan Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür. "Liverpul" 23 yaşlı ön xətt oyunçusu üçün Almaniya klubuna 172 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol vurub, 8 qol ötürməsi edib.