...

Sentyabrın 1-ə qədər Azərbaycanda kiçik biznesə ayrılmış kreditlərin həcmi məlum olub

İqtisadiyyat Materials 6 Oktyabr 2025 19:25 (UTC +04:00)
Sentyabrın 1-ə qədər Azərbaycanda kiçik biznesə ayrılmış kreditlərin həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

1 sentyabr tarixinə olan vəziyyətə görə, Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin həcmi 1 milyard 574 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 1 avqust 2025-ci illə müqayisədə 4,5 milyon manat və ya 2,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,2 milyon manat və ya 3,4 faiz çoxdur.

Belə ki, 1 avqust 2025-ci il tarixinə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 1 milyard 529 milyon manat, 1 sentyabr 2024-cü il tarixinə isə 1 milyard 522 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti