...

Azərbaycanın qızlardan ibarət basketbol millisi MDB Oyunlarında gümüş medal qazanıb

İdman Materials 6 Oktyabr 2025 19:13 (UTC +04:00)
Azərbaycanın qızlardan ibarət basketbol millisi MDB Oyunlarında gümüş medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə qızların yarışına yekun vurulub.

Trend xəbər verir ki, finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüş rəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi gümüş medalla kifayətlənib. Oğlanlardan ibarət yığma isə yarışı 4-cü sırada başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti