Bakı. Trend:
İsrail və HƏMAS nümayəndə heyətləri Misirin Şarm əl-Şeyx şəhərində Qəzza müharibəsinə son qoymaq məqsədilə dolayı danışıqlara başlayıblar.
Trend bu barədə Misir KİV-nə istinadən xəbər verir.
Məlumata görə, tərəflər əsir və məhbusların azad olunması üçün şəraitin hazırlanmasını müzakirə edirlər. Danışıqlar ABŞ Prezidenti Donald Trampın atəşkəs planı əsasında aparılır.
Misir və Qətər vasitəçiləri Qəzzada saxlanılan israilli girovların İsraildəki fələstinli məhbuslarla mübadiləsi üçün mexanizm üzərində işləyirlər.
Danışıqlar bir neçə gün davam edə biər.
Qeyd edək ki, Trampın planına əsasən:
HƏMAS silahsızlaşdırılacaq;
İsrail ordusu Qəzzadan tamamilə çıxacaq;
Əvəzində 47 israilli girov azad ediləcək;
İsrail isə 250 ömürlük məhbus və 1700-dən çox fələstinlini azad edəcək.
HƏMAS bildirib ki, İsrail bombardmanı və hücumları tam dayandırarsa hərbi əməliyyatları dayandırmağa hazırdır. İsrail ordusu isə xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, döyüşlər yenidən başlayacaq.