Bakı. Trend:
SOCAR-ın Türkiyədə idarə etdiyi "STAR" neft emalı zavodunda 2025-ci ilin iyul ayında aviasiya yanacağının istehsalı 165 654 tona çatıb ki, bu da ötən ilin eyni ayında istehsal olunmuş 132 312 tonla müqayisədə 25,2 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi məlumat yayıb.
2025-ci ilin iyul ayında zavod 955 975 ton xam neft idxal edib ki, bu 2024-cü ildəki 686 462 ton göstərici ilə müqayisədə 39,3 faiz çoxdur.
İstehsal həcminə, həmçinin 556 181 ton dizel yanacağı, 26 617 ton mayeləşdirilmiş neft qazı (LPG), 134 892 ton nafta, 54 667 ton neft koksu, 22 037 ton yüksək kükürdlü dizel və digər neft məhsulları daxildir.
2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan "STAR" zavodu neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya layihəsi hesab olunur.
2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya layihəsi hesab olunur.
2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neft emalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı, nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim” neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam şəkildə təmin edir.