...

BMT Əfqanıstanda insan haqları pozuntuları ilə bağlı araşdırmaya başlayıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 15:35 (UTC +04:00)
BMT Əfqanıstanda insan haqları pozuntuları ilə bağlı araşdırmaya başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İnsan Hüquqları Şurası Əfqanıstanda insan hüquqlarının pozulması ilə bağlı irəli sürülən ittihamlar üzrə sübutların toplanması məqsədilə araşdırmanın başlanması barədə qərar qəbul edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, söhbət Avropa İttifaqı tərəfindən irəli sürülmüş qətnamə layihəsindən gedir. Layihə Əfqanıstanda müstəqil istintaqın aparılmasını nəzərdə tutur.

Ötən ay BMT-nin Əfqanıstan üzrə missiyası “Taliban” hərəkatını ölkə üzrə internetə çıxışı bərpa etməyə çağırıb. Qurumun bəyanatında qeyd olunurdu ki, internetə çıxışın məhdudlaşdırılması fikir azadlığını və məlumat əldə etmək hüququnu daha da sarsıdır. Ölkədə internetin fəaliyyəti təxminən 48 saatlıq fasilədən sonra bərpa edilmişdi.

Bundan əvvəl Əfqanıstan hökuməti universitet proqramlarından qadın müəlliflər tərəfindən yazılmış kitabları çıxarmış və həmçinin 18 fənnin tədrisini qadağan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti