Bakı.Trend:
Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisi davam etdirilir.
Bu barədə ADY-dən Trend-in sorğusuna əsasən bildirilib.
Qeyd edilib ki, tikinti işləri çərçivəsində 2 turniket binası, 1 piyada keçidi, 4 ədəd platforma inşa olunacaq:
"Hazırda ərazidə platformaların tikintisi və qazma işləri davam etdirilir. Tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması gözlənilir".
Həmçinin vurğulanıb ki, Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.