...

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli artıb

İqtisadiyyat Materials 6 Oktyabr 2025 14:35 (UTC +04:00)
Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,620 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 19,8 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 246,3 milyon manat 17,9% artıb.

Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin avqustun 1-nə 1,600 miyard manat, ötən ilin sentyabrın 1-nə isə 1,374 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 0,7% və ya 206,7 milyon manat artaraq 28,705 milyard manat olub. Kredit portfelinin 15,092 milyard manatı (52,6%) biznes kreditləri, 9,114 milyard manatı (31,7%) istehlak kreditləri, 4,499 milyard manatı (15,7%) isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti