Bakı. Trend:
Enerji sektoru Azərbaycanda karbon qazı emissiyalarının (CO2) əsas mənbəyi olaraq qalmaqdadır.
Bu barədə Trend Beynəlxalq Enerji Agentliyinə istinadən xəbər verir.
BEA-nın hesabatında göstərildiyi kimi, 2011–2020-ci illər ərzində ölkənin enerji sektorunda emissiyaların səviyyəsi 20,9–22,2 milyon ton CO₂ arasında dəyişmiş və atmosferin çirklənməsinin ən böyük mənbəyi olaraq qalıb.
Qeyd olunur ki, enerji sektorundan sonra əsas emissiya mənbələri kənd təsərrüfatı və tikinti sahələridir. Ən az emissiya isə tullantıların emalı, sənaye istehsalı, tikinti və nəqliyyat sahələrinə aiddir.
Məlumatlar göstərir ki, bəzi dəyişkənliklərə baxmayaraq, 2020-ci ildə Azərbaycanda ümumi CO₂ emissiyaları təxminən 56,7 milyon ton olmuşdur ki, bu da 2011-ci ilin səviyyəsindən yüksəkdir.
BEA-nın məlumatına görə, Azərbaycanın qlobal istixana qazı emissiyalarındakı payı 0,12%-dir. “EU4Climate” məlumatlarına əsasən, 1990–1995-ci illər ərzində Azərbaycanın emissiyaları 37% azalmış və 2010-cu ildə demək olar ki, eyni səviyyədə qalılb.