Bakı. Trend:
“Türk axını” boru kəməri sayəsində Türkiyə Ukraynadakı münaqişə fonunda Avropa kimi qaz tədarükü ilə bağlı ciddi problemlərlə üzləşməyib.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən Enerji Səmərəliliyi Forumunda çıxışı zamanı deyib.
“Biz qaz tədarükü mənbələrinin şaxələndirilməsi üzərində çalışırıq. Tədarükdə yalnız bir mənbənin və tək bir marşrutun mövcud olması ciddi risklər yaradır. Rusiya və Ukrayna arasındakı müharibənin ilk aylarında bizim avropalı dostlarımız bu çətinlikləri hiss etdilər. "Türk axını" sayəsində biz həmin dövrü ən az itkilərlə keçirən ölkələrdən biri olduq”, - deyə Ərdoğan bildirib.