...

“Euronews” I Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dair video yayımlayıb (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2025 19:07 (UTC +04:00)
“Euronews” I Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dair video yayımlayıb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Euronews” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi altında İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dair video yayımlayıb.

Trend xəbər verir ki, videoda Azərbaycanın zəngin təbii sərvətlərə, enerji və maliyyə resursları, güclü investisiya mühitinə malik olduğu, texnologiyalara xüsusi önəm verdiyi və uzun müddət qeyri-sabitlik hökm sürən regiona sülh, tərəqqi və rifah gətirdiyi vurğulanır. Bildirilir ki, forum Azərbaycanın iqtisadiyyatın diversifikasiya sadiqliyini bir daha nümayiş etdirib. Videoda forum çərçivəsində əldə edilən razılaşmaların əhəmiyyəti şərh olunub.

Xəbər lenti

Xəbər lenti