...

Venesuela ABŞ-dəki səfirliyinə qarşı terror ehtimalı barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 17:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Terrorçular Amerika Birləşmiş Ştatlarının Venesueladakı səfirliyində partlayış törətməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Latın Amerikası ölkəsinin hökuməti artıq mümkün terror aktı barədə Vaşinqtonu məlumatlandırıb. Ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqesin sözlərinə görə, qatı sağçı ekstrimistlər “özgə bayraq altında” təxribat törətməyə hazırlaşır. O, potensial hücumla bağlı detalları açıqlamayıb.

Qeyd edək ki, ABŞ-nin region sularına narkokartellərlə mübarizə üçün hərbi kontingent göndərməsindən sonra Vaşinqtonla Karakas arasında münasibətlər tarıma çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti