...

Azərbaycan və Türkiyə çoxvektorlu əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 6 Oktyabr 2025 22:15 (UTC +04:00)
Azərbaycan və Türkiyə çoxvektorlu əməkdaşlığın perspektivlərini müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Trend xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz “X” hesabında məlumat verib.

“Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam. Qardaş ölkə ilə müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün sahələrdə möhkəmlənməkdə davam edir”, - Bayramov bildirib.

O bildirib ki, görüş zamanı iki ölkə arasında çoxvektorlu əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti