Bakı. Trend:
“Siemens Energy Global GmbH & Co. KG” və “Green Energy Corridor Power Company” (GECO) arasında Anlaşma memorandumu imzalanıb.
Trend xəbər verir ki, imzalanma “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı çərçivəsində imzalanıb.
Razılaşmaya əsasən tərəflər HVDC (yüksək gərginlikli daimi elektrik cərəyanı ötürülməsi) texnologiyasından istifadə etməklə “yaşıl” enerjinin ötürülməsi sahəsində əməkdaşlıq edəcəklər.