...

Yüksək Liqada IV turun oyunlarına təyinatlar açıqlandı

İdman Materials 7 Oktyabr 2025 03:48 (UTC +04:00)

Bakı. Trend:

Futzal üzrə Yüksək Liqada IV turun oyunlarına təyinatlar açıqlanıb.

Trend xəbər verir ki, oktyabrın 9-da “Olimpik Star”da keçiriləcək “Neftçi İK” və “Baku Fire” arasındakı mərkəzi oyunu FİFA referiləri idarə edəcək.

Üç turdan sonra 9 xal toplamış “Neftçi İK” birinci yerdədir.

Futzal üzrə Yüksək Liqa, IV tur:

“Neftçi İK” – “Baku Fire”
9 oktyabr. Olimpik Star. Saat 13:30
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Ramiz Əsədov

“Şuşa” – “Lənkəran”
9 oktyabr. Olimpik Star. Saat 15:30
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Nihad Bağırov
Hakim-inspektor: Füzuli Nəcəfov

U-19 – “Araz-Naxçıvan”
9 oktyabr. Olimpik Star. Saat 17:30
Hakimlər: Mahir Məmmədov, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Murad Məmmədov

Xəbər lenti

Xəbər lenti