...

TDT-nin Qəbələdə keçiriləcək Zirvə Görüşündə “TDT+” formatının yaradılması nəzərdə tutulur

Siyasət Materials 7 Oktyabr 2025 01:15 (UTC +04:00)
TDT-nin Qəbələdə keçiriləcək Zirvə Görüşündə “TDT+” formatının yaradılması nəzərdə tutulur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda baş tutacaq 12-ci Zirvə Görüşündə təşkilata üzv olmayan ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə “TDT+” formatının təsis edilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

“Zirvə çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair qərar qəbul ediləcək. Yeni "TDT+" formatı üzv olmayan üçüncü ölkələrlə birgə fəaliyyətə imkan yaradacaq”, – deyə o vurğulayıb.

Baş katibin sözlərinə görə, təhlükəsizlik məsələləri əvvəlki zirvələrdə olduğu kimi bu dəfə də gündəmdə qalacaq.

“Bununla belə, bu dəfə əsas diqqət iqtisadi sahəyə yönələcək. Nəqliyyat, logistika və infrastruktur əlaqələri kimi mövzular iqtisadi gündəliyin əsas istiqamətlərini təşkil edəcək. Bu sahələr bütün üzv dövlətlər üçün strateji əhəmiyyət kəsb edir”, – Ömüralıyev əlavə edib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti