...

Aİ Qəzzanın keçid idarəsində iştirak etmək niyyətindədir

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 23:30 (UTC +04:00)
Aİ Qəzzanın keçid idarəsində iştirak etmək niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqı Qəzzada formalaşacaq keçid hakimiyyətdə iştirak etmək istəyir. Bu, ABŞ prezidenti Donald Trampın bölgədə müharibəyə son qoymaq üçün irəli sürdüyü planın bir hissəsidir.

Trend xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

“Bəli, hesab edirik ki, Avropanın burada (sülh prosesində) böyük rolu var və biz də bu prosesin bir hissəsi olmalıyıq”, - deyə Kallas əlavə edib.

Öz növbəsində Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib ki, Trampın Qəzza zolağında müharibəni dayandırmaq planının birinci mərhələsi gələn həftənin əvvəlində həyata keçirilməlidir. Lakin əlavə edib ki, digər bütün məsələlər vaxt tələb edir. O, vurğulayıb ki, birinci mərhələnin məqsədi atəşkəsə nail olmaq, girov və məhbusların azad edilməsi, hərbi qarşıdurmada təmkin nümayiş etdirilməsi və Qəzzaya humanitar yardımın daxil olmasıdır.

Xəbər lenti

Xəbər lenti