Bakı. Trend:
Bitkoinin qiyməti ilk dəfə olaraq 126 000 dollardan yuxarı qalxaraq yeni tarixi maksimuma çatıb.
Trend bu barədə "Binance" birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, oktyabrın əvvəlindən kriptovalyutanın qiyməti 10% artıb.
Hazırda Bitkoinin bazar kapitallaşması 2 506.03 milyard dollar təşkil edir.