...

Bakıda yaşayış binasında yanğın baş verib

Hadisə Materials 6 Oktyabr 2025 22:43 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın baş verib

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti