...

İran “Bazan” yatağında böyük həcmdə təbii qaz ehtiyatlarını kəşf etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2025 05:30 (UTC +04:00)

Bakı. Trend:

İran Fars vilayətinin cənubunda yerləşən “Bazan” qaz yatağında böyük həcmində təbii qaz ehtiyatlarını kəşf etdiyini açıqlayıb. Yatağın ehtiyatları 10 trilyon kubfut həcmində qiymətləndirilir.

Trend xəbər verir ki, bunu İranın neft naziri Məhəmməd Baknejad bildirib.

“Səkkiz il ara verəndən sonra, kəşfiyyat işlərinə davam etdik və ikinci kəşfiyyat quyusunu qazdıq. Bu da mühüm bir nailiyyətə gətirib çıxardı”, – deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti